Avtomobillər qar fırtınasının altında qaldı - FOTO

Çində son 2 gündür davam edən qar fırtınası həyata mənfi təsir etməkdə davam edir. Bölgədə yaşayan vətəndaşlar metrlərlə qarın altında qalan nəqliyyat vasitələrini çıxarmaqda çətinlik çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şəhərdə qarın orta hündürlüyü 51 santimetrə çatıb. Çinin meteorologiya rəsmiləri, keçən həftə sonundan bəri şiddətli qar fırtınalarının quru və hava nəqliyyatına təsir edərək normal həyatı pozduğuna dair xəbərdarlıq edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə