Yanğından zərər çəkmiş ərazilər belə adlandırıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğından zərər çəkmiş əraziləri fəlakət bölgələri elan edib. SİA xarici mətbuata istinadən prezidentin fikirlərini təqdim edir: “Meşə yanğınlarından təsirlənən bölgələrimizi "Ümumi həyata təsir edən fəlakət bölgələri" elan etdik. Millətimizin yaralarını sağaltmaq, itkilərini ödəmək və imkanlarını əvvəlkindən daha da yaxşılaşdırmaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə