Yanğınlar arasındakı möcüzə - FOTOLAR

Türkiyədə Antalyanın Manavqat rayonunda meşə yanğını zamanı alovun ortasında doğulduğu söylənən keçiyə "Möcüzə" adı verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, kalemler rayonunda evi, tövləsi və avtomobili yanıb, bəzi xırda və iribuynuzlu heyvanları tələf olan 30 yaşındakı Sercan Bayat, təxliyə edildikdən 3-4 saat sonra evinə qayıdıb. Bu vaxt bir uşaq səsini eşidən Bayat, yandırılmış torpaqda yeni doğulmuş keçi görüb.

Bayat, verdiyi açıqlamada "Hamilə inək və keçilərimdən bir neçəsi öldü" deyib. Jandarma qruplarının kəndin boşaldılması üçün onlara xəbərdarlıq etdiyini söyləyən Bayat, "Heyvanlarımız bizim üçün hər şeydən daha qiymətlidir. Onları tərk edə bilmədim. Hər şey yanmağa başlayanda iplərini kəsdiyim inəkləri götürdüm. Keçilərimi alovdan uzaqlaşdırdım. Əlimdə və ayağımda yanıqlar var idi. Heyvanlarımdan bir neçəsini itirdim. Hamilə inək və keçilərimdən bir neçəsi öldü. Məhəllədən çıxmaq məcburiyyətində qaldıq" dedi.

Bayat, evlərinin yandırıldığını uzaqdan izlədiyini ifadə edərək "Hər şey bitdi. Kəndimiz yandıqdan 3-4 saat sonra evə qayıtdıq" dedi. Alovların qalxdığı yerdə keçinin necə doğulduğunu anlaya bilmədim. Bütün bu fəlakətdə tək təsəllimiz bu oldu. Onu qoyub gedə bilmərəm. O, bizim ümidimiz və sevincimiz oldu. Onu heç vaxt buraxmayacağıq. Həmişə birlikdə olacağıq". Dövlətin dəstəyini yanında hiss etdiyini deyən Bayat, çoxlu zərər gördüyünü və yaralarının sağalacağına inandığını qeyd edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə