Böyük yanğın 3-cü günündədir - Alman turistin şok vəziyyəti

Türkiyənin Manavqat mahalında davam edən meşə yanğınlarında yaşlı bir alman turist ölümdən çətinliklə xilas olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, meşə işçisi, qaldığı villadan ayaqqabılarını belə götürmədən özünü yola atan turisti xilas edib. Zəhərlənməyə qarşı ayran verilən turistin səhhətinin yaxşı olduğu öyrənilib.

Antalyanın Manavqat rayonunda minlərlə hektar ərazini əhatə edən meşə yanğınında yaşlı alman vətəndaşı ölüb. Bölgəyə təchizat daşıyan Meşə Ümumi Müdirliyinin meşə işçisi Əli Karaoğlan, Yeniköydəki meşə yanğınında huşunu itirən Almaniya vətəndaşının adını öyrənə bilməyib.

Meşə işçisi Əli Karaoğlan, yol kənarında huşunu itirmiş alman vətəndaşını görərək ilk müdaxilə edib. Alman vətəndaşının əllərində və başında yanıq izlərinin olduğu görülüb.

Bölgədə çalışan qruplara təchizat apardığını söyləyən meşə işçisi Əli Karaoğlan, "Təchizat paylayırdıq. O vaxt tüstünün içindən keçdik. Alman vətəndaşının tüstüdən zəhərlənərək yerdə uzandığını gördüm. İlk yardım üçün ayran verdim. Özünə gələnə qədər danışdıq və onu maşınımıza apardıq və 112 komandası gəldikdə təslim etdik”. Meşə işçisi, alman kişinin evinə girdiklərini və başqa birinin olub olmadığını yoxladıqlarını söyləyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə