Livanda yanğın sürətlə yayılır

Livanda yüksək temperatur səbəbi ilə başlayan yanğın bir çox meşə sahələrini və bağları məhv edib. SİA-nın verdiyi məlumata görə, yanğının 11 kvadrat kilometr əraziyə yayıldığı və dəyən ziyanın söndürmə işləri başa çatana qədər tam olaraq müəyyən edilə bilmədiyi bildirilir. Yanğının gecə boyu yaşayış məntəqələrinə yaxınlaşdığı və tüstüdən boğulma hallarının artdığı qeyd edilib.

Dünən günortadan sonra Livanın şimalındakı meşə ərazilərində bir neçə nöqtədə yanğın baş verib. Yanğın səbəbi ilə bir nəfərin öldüyü və 17 nəfərin yaralandığı bildirilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...