Dubayda tempuratur 50 dərəcəyə qədər qalxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, temperatur qalxdığı üçün dronlarla süni yağış havaya buraxılıb. Dünyanın ən quraq 10 ölkəsi arasında yer alan Birləşmiş Ərəb Əmirliklərində hər il ortalama 78 millimetr yağıntı düşür. İstehsal olunan yağış buludları dronların elektroşokla vurulması yolu ilə yaranıb. Meteorologiya Mərkəzinin yayımladığı videoda texnologiyanın tətbiq olunduğu bölgəyə güclü yağış yağdığı bildirilib. Qeyd edək ki, nəqliyyat vasitələrinin ön hissəsini görməyini çətinləşdirib.

Araşdırmanı həyata keçirənlərdən professor Marten Ambaum süni yağış texnologiyası haqqında məlumat verərək deyib: "Damlalar bir-birinə qarışıb kifayət qədər böyük olduqda yağış kimi yağır". Bu layihə üçün 15 milyard dollar xərclədiyi qeyd olunur.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə