Yunanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Papaioannou Türkiyənin gücündən və muzdlularından istifadə edərək dünya ölkələrinin sabitliyini pozmağa çalışdığını iddia edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aralıq dənizinə hakim olma səyləri heç bir nəticə verməyən Yunanıstanın xarici işlər nazirliyinin sözçüsü Türkiyənin başqa ölkələrin torpaqlarını qanunsuz olaraq işğal edərək muzdluları bu torpaqlarda tutaraq dünya ölkələrini qeyri-sabitliyə sürüklədiyini deməsi gündəm olub.
Ötən günlərdə Aralıq dənizində Türkiyənin hərbi gücünü nümayiş etdirməsini tənqid edən Yunanistanın xarici işlər naziri Nikos Dendias Türkiyənin bölgədəki siyasətinə davam edərsə AB-nin sanksiyalarına məruz qalacağını bildirib.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB