Hilton oval ofisi ürək şəklində düzəldəcək və sarayı çəhrayı rəngə boyayacaq - AÇIQLAMA

Amerikalı repper, eyni zamanda Kim Kardaşyanın əri Kanye Vest ABŞ prezidentliyinə namizəd olduğunu elan etdikdən sonra Paris Hiltondan da bu barədə bir paylaşım gəldi. SİA xəbər verir ki, İnstaqram hesabından dəfələrlə fotolar paylaşan Hilton ABŞ prezidenti seçilsə nə etmək istədiyini izah etdi. Əslində, milyarder gözəl söylədiklərində zarafat edirdi, lakin buna ciddi yanaşanlar çox idi.

"Prezidentlik üçün Paris", "Amerikanı yenidən seksual hala gətirin" şüarı ilə paylaşım edən Paris Hilton prezident seçiləcəyi təqdirdə ilk görəcəyi işlər barədə danışdı.

Hilton Dairəvi Zaldakı masasına fotoşop edilmiş şəklini paylaşaraq, "Dairəvi Zalı ürək şəklində ofisimə çevirməliyəm?" deyə soruşub.

Saraya bir qadın əli dəyməsini vurğulayan Paris Hilton "Bir çox fikir mübadiləsindən sonra Dairəvi Zalın yenidən dizayn edilməyə və bir qadın zövqünə ehtiyac duyduğuna qərar verdim" deyib. Hilton eyni zamanda vurğulayıb ki, prezident seçiləcəyi təqdirdə Rihannanı vitse-prezident seçəcək!

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə