Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Əfqanıstandan Pakistan ərazisinin səbəbsiz atəşə tutulmasını kəskin şəkildə qınayıb. SİA xəbər verir ki, bu barədə məlumat Nazirliyin rəsmi “X” səhifəsində paylaşılıb. Nəqvi bildirib ki, Əfqanıstan qüvvələrinin mülki şəxsləri hədəfə alması beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə