Gələcək danışıqlar Zelenskinin iştirakı ilə aparılmalıdır...

Tramp bizi Ukraynadakı müharibəni sona çatdırmağa heç vaxt olmadığı qədər yaxınlaşdırdı...

...Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampın diktator Vladimir Putinlə danışıqlarda göstərdiyi səylərin Ukraynada müharibənin dayandırılması istiqamətində mühüm addım olduğunu bildirib.
SİA xəbər verir ki, bu barədə Sky News məlumat yayıb. ...Onun qətli dayandırmaq üçün göstərdiyi liderliyi təqdir etmək lazımdır. Prezident Trampın səyləri bizi Rusiyanın Ukraynadakı qanunsuz müharibəsinə son qoymağa həmişəkindən daha da yaxınlaşdırıb.

Böyük Britaniyanın baş naziri açıqlamasında bildirib. Starmer qeyd edib ki, gələcək danışıqlar prezident Vladimir Zelenskinin iştirakı ilə aparılmalıdır, çünki “Ukraynada sülhə gedən yolu onsuz müəyyən etmək olmaz”.

Britaniya hökumətinin başçısı həmçinin vurğulayıb ki, Avropa və ABŞ-ın təhlükəsizlik zəmanətləri Rusiya təcavüzünün qarşısını almaq üçün əsas olacaq.

Onun sözlərinə görə, müttəfiqlər “Putin öz vəhşi hücumunu dayandırana qədər” yeni sanksiyalarla Moskvaya təzyiqlərini davam etdirəcəklər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə