Payızda allergiya şikayətləri niyə davam edə bilər? - RƏY

Payızda allergiya şikayətləri niyə davam edə bilər? - RƏY

Yeni dərman preparatlarının meydana çıxmasına və bəzi xəstəliklərin gedişinin dəyişməsinə baxmayaraq, müəyyən xəstəliklərin payız, qış və yaz aylarında kəskinləşməsi müşahidə olunur. Bunlara mədə xorası və digər mədə-bağırsaq xəstəlikləri, allergik və nevroloji xəstəliklər daxildir. Əvvəllər belə xəstələrə mövsüm dəyişiklikləri zamanı mütəmadi olaraq həkim müayinəsindən keçmək tövsiyə edilirdi.

Bu sözləri SİA-ya professor Adil Qeybulla deyib.


O bildirib ki, xüsusilə allergik xəstəliklərin, vazomotor rinitin və digər allergiya növlərinin yaz və payız aylarında kəskinləşməsi dünyanın müxtəlif yerlərində müşahidə olunur:

“Yeni dərman preparatlarının tətbiqi nəticəsində mədə xorası xəstəliyinin yayılma tezliyi, eləcə də bu xəstəliklə bağlı cərrahi əməliyyatların sayı xeyli azalıb. Bununla yanaşı, nevroloji xəstəliklərin gedişində də əhəmiyyətli dəyişikliklər baş verib.

Bütün bunlara baxmayaraq, fəsil dəyişiklikləri zamanı orqanizmdə baş verən hormonal dəyişikliklər fonunda bəzi xəstəliklərin fəallaşması müşahidə olunur. Bunun müxtəlif səbəbləri var. Yaz aylarında orqanizmdə baş verən dəyişikliklər və hormonal aktivliyin artması, payızda isə hormonal sistemin fəaliyyətindəki dəyişikliklər, qidalanma rejiminin dəyişməsi və havanın temperaturunun fərqlənməsi orqanizmə təsir göstərir. Bütün bu amillər bəzi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə