Məktəblərdə baş örtüsü məsələsi : Molla-fars rejiminin qərəzi və Azərbaycanın milli maraqları - MƏQALƏ

Məktəblərdə baş örtüsü məsələsi : Molla-fars rejiminin qərəzi və Azərbaycanın milli maraqları - MƏQALƏ

Azərbaycanda məktəbli geyimi ilə bağlı qərarın, yalnız baş örtüyü mübahisəsi kimi təqdim etmək düzgün deyil. Təhsil ocağında vahid qaydaların tətbiqi və uşaqların müxtəlif ideoloji təsirdən qorunması da müzakirənin mühüm tərəfidir. Din və dini kimlikdən siyasi təsir vasitəsi kimi istifadə edilməsi, cəmiyyətdə qaşıdurma yaradılması cəhdlərinə diqqətlə yanaşmaq lazımdır. Bu cür gərgin şərait, dünyəvi dövlət prinsipi, daxili siyasi münasibətlər və xarici təsir ehtimallarını araşdırmağı tələb edir. Bəs İranın molla-fars rejimi bu prosesdə hansı təxribatçı rolu oynaya bilər və onun hadisələrə müdaxiləsi barədə nə demək mümkündür?
Belə ki, 2026-cı il sentyabrın 21- də Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət ümumtəhsil məktəblərində şagirdlərin geyim formalarına dair qaydalara dəyişiklik edib. Yeni qaydalarda məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementləri ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.
Məsələnin həssaslığı ondadır ki, Azərbaycan həm dünyəvi dövlət, həm də əhalinin mütləq əksəriyyəti müsəlman olduğu ölkədir. Belə şəraitdə dövlətin qəbul etdiyi qərarlar cəmiyyətin dəyərləri baxımından qiymətləndirilir.
Məktəb mənəvi dəyərdir, cəmiyyətin gələcəyini formalaşdıran müqəddəs ocaqdır. Məktəbin əsas vəzifəsi uşaqlara bilik vermək, onlarda bərabərlik, qarşılıqlı hörmət, intizam və vətəndaşlıq məsuliyyəti formalaşdırmaqdır.
Məktəblərdə tətbiq olunan vahid geyim forması ayrıseçkiliyin qarşısını almağa xidmət edən mühüm vasitələrdən biridir. Şagirdlərin eyni geyim standartına əməl etməsi onların ailələrinin maddi imkanlarına görə fərqləndirilməsini aradan qaldırar, məktəbdə vahidlik və kollektiv məsuliyyət hissini gücləndirər.
Hər bir müstəqil dövlət öz daxili və xarici siyasətini özü təyin edir. Azərbaycan da dünya dövlətləri içərisində öz yeri, öz sözü, imzası olan suveren dövlətdir. Buna görə də, Azərbaycan dövlətinin hansı qərarlar almağı və o qərarların icrası öz daxili məsələsidir. Hər hansı xarici dövlətin o, qərarların icrasna qarışması yolverilməzdir. Bu xüsusda, İranın molla-fars rejiminin bizim daxili məsələlərimizə qarışması çox məntiqsiz və mənasızdır.
İran İslam Resspublikası, dini ideologiyanı dövlət siyasətinin əsasını təşkil edən teokratik ölkədir. İranın molla-fars rejimi və media qurumları müsəlman dünyasındakı dini məsələlərdən, öz təxribatçı əməlləri üçün istifadə edirlər. Buna görə də ölkəmizdə, bir sıra məktəblərdə baş verən məsələlərlə bağlı, molla-fars rejiminin yeni təxribatlar törətmək üçün istifadə etməyəcəyini düşünmək sadəcə sadəlöhvlük olardı..
Molla-fars rejiminin bu mövzuda mümkün marağını üç istiqamətdə nəzərdən keçirmək olar.
Birincisi, dini təsir imkanlarıdır. Baş örtüyü İranın siyasi və dini dünyagörüşündə əsas atributlardan biridir. Baş örtülü şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı narazılıqlar fonunda Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq və hakimiyyətlə vətəndaşlar arasında nifaq salmaqla xalqın birliyin pozulmasna nail olmaq.
İkincisi, ideoloji təsirdir. Molla-fars rejimi regionda özünü İslam dünyasının siyasi və dini aktorlarından biri kimi təqdim edir. Azərbaycandakı dini mübahisələri qzışdırmaqla, ölkəmizin müsəlman dünyasındakı artan nüfuzuna zərbə vurmaq və islam aləmində ölkəmizə qarşı mənfi rəy formalaşdırmaq.
Üçüncüsü, regional siyasi rəqabətdir. Azərbaycan Türkiyə ilə yaxın müttəfiqlik münasibətlərinə, İsraillə isə strateji əhəmiyyət daşıyan əməkdaşlığa malikdir.
İranın regiondakı maraqları, bu qarşılıqlı və faydalı münasibətlərlə ziddiyyət təşkil edir. Azərbaycanda baş verən belə bir vəziyyətdən istifadə edərək dini və ictimai məsələləri qızışdıraraq daha böyük müstəviyə qaldırmaq və Türkiyə ilə müttəfiqqlik əlaqələrinə xələl gətirmək və öz çirkin məqsədlərinə nail olmaq.
Molla-fars rejiminin ideoloji təbliğatçıları Azərbaycan dövlətinin təhsil sisteminə müdaxilə etməkdənsə, öz ölkələrindəki problemləri həll etməyə, daxili və beynəlxalq münasbətlərin tənzimləməsinə yönləndirsələr daha yaxşı olardı.
Maraqlı məqamlardan biri də odur ki, baş örtüsü məsələsi yalnız İranla əlaqələndirilmir. Qardaş Türkiyədə də Azərbaycandakı məhdudiyyətlərə etiraz edən siyasi şəxslər və ictimai qruplar var. Qardaş ölkənin siyasi arenasında baş verən bu hadisələr qardaşlıq əlaqələrinə xələl gətirmək üçün oynalılan oyunlardan biridir. İnanırıq ki, Türkiyə hakimiyyəti baş verənlərə rəsmi reaksiya verəcək və düşmənlərimizin sevinməsinə icazə verməyəcəyik.
Azərbaycan məktəbləri heç bir xarici dini-siyasi mərkəzin təbliğat meydanı deyil!
Baş örtüsü məsələsindən istifadə edərək ölkəmizə təzyiq göstərmək, cəmiyyətimizdə qarşıdurma yaratmaq və siyasi nüfuz qazanmağa çalışmaq qəbuledilməzdir. .
Azərbaycan dünya xəritəsində öz yeri olan, dünyaya öz prizmasından baxan, baş verən hadisələrin həllinə isə, uzun əsrlik dövlətçilik ənənəsindən yanaşaraq həll edən, dünya dövlətləri arasında öz nüfuzu olan güclu Liderə malik dövlətdir.

Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə