"Qalatasaray" Fransadakı vəziyyətə görə UEFA-ya müraciət edəcək

"Qalatasaray" Fransadakı vəziyyətə görə UEFA-ya müraciət edəcək

"Qalatasaray” UEFA Çempionlar Liqasının 3-cü turunda “Lill”lə keçirəcəyi oyun öncəsi nümayəndə heyətinin və azarkeşlərinin təhlükəsizliyinin təmin olunması üçün UEFA-ya rəsmi müraciət etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Dogan” nəşri məlumat yayıb.

Görüş oktyabrın 21-də Fransada, “Dekatlon Arena – Pyer-Morua” stadionunda keçirilməlidir.

İstanbul təmsilçisi Fransada son günlər baş verən etirazları nəzərə alaraq səfərə yollanacaq komanda üzvlərinin və azarkeşlərin təhlükəsizliyinin gücləndirilməsini istəyir. Bildirilib ki, klub bu məsələ ilə bağlı Fransanın Türkiyədəki səfirliyi və Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır.

“Qalatasaray” klubu, oyunun başqa məkana köçürülməsini tələb etmir. Klub yalnız təhlükəsizlik tədbirlərinin gücləndirilməsində maraqlıdır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə