ABŞ-ın müdafiə naziri İsrailə gizli səfər edib? - İDDİA

ABŞ-ın müdafiə naziri İsrailə gizli səfər edib? - İDDİA

ABŞ-ın müdafiə naziri Pit Heqset İsrailə gizli səfər edib və ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən xəbər verib.

Onların sözlərinə görə, görüş oktyabrın 19-da, bazar ertəsi günü baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb.

Nəşr qeyd edir ki, Heqsetin səfəri ABŞ Prezidenti Donald Trampın 27 oktyabr 2026-cı ildə keçirilməsi planlaşdırılan İsrail parlament seçkilərində Netanyahunun namizədliyini dəstəkləməsindən bir gün sonraya təsadüf edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə