Toyota qeyri-adi texniki arxitekturaya malik Corolla hazırlayır...

Model benzin, hibrid və elektrik versiyalarında mövcud olacaq…
Toyota qeyri-adi texniki arxitekturaya malik Corolla hazırlayır...

...Toyota, dörd güc aqreqatı variantına malik yeni nəsil Corolla hazırlayır: benzin, hibrid, qoşula bilən hibrid və tam elektrik versiyası...

SİA xəbər verir ki, Motor1-in məlumatına görə, buna nail olmaq üçün Yapon avtomobil istehsalçısı avtomobilin elektronikasının müxtəlif mühərriklərə və avadanlıqlara uyğunlaşdırılmasına imkan verən yeni bir elektrik arxitekturası hazırlayacaq.

Yeni Corolla-nın elektron sistemləri dörd qrupa bölünəcək: sürücüyə kömək sistemləri, kabin idarəetmə sistemləri, kuzov elektronikası və gəzinti idarəetmə sistemləri...

Bu yanaşma, avtomobil funksiyalarını vahid hesablama platformasına inteqrasiya edən Tesla və digər istehsalçıların strategiyasından fərqlənir.

ABŞ bazarında benzin və hibrid sedanlar və hetçbeklər gözlənilir.

Hazırkı Corolla, 169 at gücü istehsal edən 2.0 litrlik benzin mühərriki və ya 1.8 litrlik mühərriki olan hibrid güc aqreqatı ilə təchiz olunub.

Toyota həmçinin 1.5 və 2.0 litr həcmli yeni dörd silindrli mühərriklər ailəsi hazırlayır. Şirkətin məlumatına görə, onlar mövcud aqreqatlardan daha yüngül və daha qənaətcil olacaqlar.

Modelin xarici görünüşü də dəyişəcək.

Bir il əvvəl Toyota 21 düymlük təkərlər, əyri yan pəncərə xətti və çərçivəsiz qapılar olan Corolla konseptini təqdim etdi. Seriya versiyası, ehtimal ki, daha az radikal olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə