Fransada Lill başda olmaqla, ölkənin şimalındakı bir sıra şəhərlərdə küçəyə çıxmaq qadağası tətbiq edilib.
SİA-nın məlumatına görə, baş verən hadisələrin qarşısını almaq məqsədilə qəbul edilən qərara əsasən, məhdudiyyət bu gün və sabah saat 20:00-dan səhər saat 06:00-dək qüvvədə olacaq.
Qadağanın tətbiq olunduğu gecə saatlarında hüquq-mühafizə orqanları küçələrdə patrul xidmətini gücləndirəcəklər. Rəsmilər bölgə sakinlərini narahatlıq yaşamamaları üçün göstərilən saatlarda küçəyə çıxmamağa və yerli hakimiyyət orqanlarının elanlarını diqqətlə izləməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB