Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurub

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurub

Qazaxda 35 yaşlı kişini ildırım vurub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, rayon sakini 1991-ci il təvəllüdlü S. Bağırovu mal-qara otararkən ildırım vurub.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə