... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Nova Vodolaha qəsəbəsindəki mərkəzi parka pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində iki qadın və körpə ölüb.
SİA xəbər verir ki, “Міy Хаrкіv” nəşrinin məlumatına görə, hücum oktyabrın 19-da saat 16:30 radələrində parkda çoxlu insanın, o cümlədən uşaqlı ailələrin olduğu vaxt baş verib.
Xarkov Vilayət Prokurorluğunun ilkin məlumatına əsasən, hücum üçün “Geran-3” tipli PUA-dan istifadə edilib.
Hadisə nəticəsində azı 15 nəfər yaralanıb. Yaralıların yeddisi uşaqdır.
Hadisə yerinə xilasedicilər, tibb işçiləri və polis əməkdaşları cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB