Avropanın ən yaxşı futbolçusu o seçildi...

Avropanın ən yaxşı futbolçusu o seçildi...

“Real”ın hücumçusu Kilian Mbappe 2025/2026 mövsümünün yekunlarına əsasən Avropanın ən yaxşı futbolçusu seçilib. SİA xəbər verir ki, Fransa nəşri “Onze Mondial” 27 yaşlı futbolçunu oxucuların səsverməsinin nəticələrinə əsasən “Onze d’Or” mükafatına layiq görüb. Beləliklə, Mbappe bu mükafatı ilk dəfə qazanıb. O, əvvəllər üç dəfə səsvermədə üçüncü yeri tutub.

Fransalı hücumçu ötən mövsüm “Real”ın heyətində 40 qol vurub. Səsvermədə ikinci yeri PSJ-nin yarımmüdafiəçisi Joao Neveş 11,9 faiz, üçüncü yeri isə Paris klubunun vingeri Xviça Kvaratsxeliya 10,8 faiz səslə tutub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə