“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” - EKSPERT DANIŞDI
“Ərzaq qiymətləri və mal ətinin qiymətinin bahalaşması bazarda müəyyən dinamika ilə artır. Sahibkar qiyməti birdən-birə 3-5 manat qaldırmır”.
Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, xüsusilə bayram günləri ərəfəsində ət məhsullarının qiymətində artım müşahidə olunur:
“Yeni il bayramında 50 qəpik və ya 1 manat, Novruz, Ramazan, Qurban bayramı və digər bayramların ard-arda gəldiyi aylarda xüsusilə ətin qiyməti artır.
Ərzaq məhsullarında isə vəziyyət fərqlidir. Məhsulun qiyməti ətin qiymətinə nisbətən daha aşağı olduğu üçün artım mütəmadi olaraq kiçik rəqəmlərlə baş verir. Məsələn, bu həftə 10 qəpik, növbəti həftə isə 15-20 qəpik və s. qiymət artımı müşahidə olunur”.
Ekspert makaronun qiymətindəki dəyişiklikləri də nümunə göstərib:
“Ərzaq məhsullarından makaronun 500 qramı ən ucuz halda 19 qəpiyə təklif olunurdu. Artıq həmin məhsul 1 manatdan yuxarı qiymətə təklif olunur.
Əslində qiymət artımı ölkədə inflyasiyanın səviyyəsi və gəlirlərə əsasən tarazlanmalıdır. Sahibkar tərəfindən həyata keçirilən qiymət artımı da müəyyən qədər başa düşüləndir. Çünki biz idxaldan asılıyıq və 100 faiz özümüzü təmin etmirik. Qlobal iqtisadiyyatda baş verən qiymət artımları daxili bazarda qiymətlərə də təsir göstərir”.
“İdxal olunan istənilən məhsul üzrə Gömrük Komitəsinin və ya Dövlət Statistika Komitəsinin saytında qiymət artımını görmək mümkündür. Lakin burada əsas məsələ odur ki, bu artım inflyasiyanın üzərində olmamalıdır.
Artmayan gəlirlər qarşısında qiymət artımı əhali üçün maliyyə yükü yaradır. Digər tərəfdən, əhali gəlirlərinin böyük əksəriyyətini, hətta 50 faizdən çoxunu ərzaq məhsullarının alınmasına xərcləyir”.
İqtisadçı ət məhsullarının qiymət dinamikasına da toxunaraq bildirib ki, qiymətlərin tənzimlənməsində idxal amili mühüm rol oynayır.
“Ət məhsulu və onun qiymət artımına gəldikdə isə idxal hesabına qiymətlər tənzimlənir. Yeni mexanizmin tətbiq olunması qısa müddətli olaraq hətta qiymətlərin artmasına səbəb olacaq.
Böyük və kiçik təsərrüfatlar üçün maliyyə xərcləri də müxtəlifdir. Erkən kəsimin qarşısının alınması qısa müddətli dövrdə qiymətləri yüksəldəcək. Daha sonrakı mərhələdə isə subsidiya və dövlət dəstəyi hesabına qiymətlərin tənzimlənməsi mümkün ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:02ABB Beynəlxalq Risk Forumu keçirib
İqtisadiyyat 17:51Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Hadisə 17:41Səhiyyəmizdə inteqrasiya – BAXIŞ BUCAĞI
Siyasət 16:44ZƏFƏR DASTANI
Ədəbiyyat 15:51Füzuliyə yeni həyat qayıdıb - MƏQALƏ
Siyasət 15:41Bir qrup energetik təltif edilib - Sərəncam
Siyasət 14:45Tramp 2027-ci ildə Özbəkistana səfər edə bilər
Dünya 13:56ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
İqtisadiyyat 13:20Balıq alarkən nələrə diqqət etməliyik? -EKSPERT DANIŞDI
Siyasət 13:17Sabah rayonlara yağış yağacaq
Hadisə 12:51Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Hadisə 12:49Xəzər dənizində zəlzələ olub
Hadisə 11:44Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:22TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Səhiyyə 11:20“Biz kitab xalqıyıq” - Orxan Fikrətoğlu
Sosial 10:56Xırdalanda iki yeni yol layihəsinin icrası nəzərdə tutulur
İqtisadiyyat 10:09"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib
Təhsil 10:07Bəhruz Əhmədov Laçında hərbi qulluqçularla görüşüb
Siyasət 09:40Evdəki səssizliyin də bir yaşı var - KÖŞƏ
Sosial 09:39Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
İqtisadiyyat 09:35"Keçmiş arvadlarıma 10 milyon dollarlıq evlər vermişəm"
Şou-Biznes 02:23Naxçıvanda 4 avtomobil qəza törədib - 5 nəfər xəsarət alıb
Hadisə 18 Oktyabr 23:19Marko Rubio Özbəkistana gəlib
Dünya 18 Oktyabr 23:03Ərsin Tatardan Azərbaycana təbrik mesajı
Siyasət 18 Oktyabr 22:31Azərbaycanda polis mayorunu elektrik cərəyanı vurub öldürdü
Sosial 18 Oktyabr 22:19"Öz problemlərinizlə məşğul olun" - Mariya Zaxarova Albaniya Baş nazirini "topa tutdu"
Dünya 18 Oktyabr 22:02LeBron Ceymsin dəbdəbəli Maybach avtomobili hərraca çıxarılacaq
Texnologiya 18 Oktyabr 21:52Pol Makkartni Kraliça II Yelizavetanın ona aşiq olduğunu deyir...
Şou-Biznes 18 Oktyabr 21:27Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…
Sosial 18 Oktyabr 21:05Peşənin partnyor seçiminə necə təsir etdiyi aşkar edilib...
Sosial 18 Oktyabr 20:49Ruhani təcrübədə bir trend...
Sosial 18 Oktyabr 20:27Rus ordusunun böyük uğursuzluğu...
Dünya 18 Oktyabr 20:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9094
+0,02%
-
GBP
2,2657
+0,18%
-
RUB
2,0358
+0,33%



