Kim Çen In Putin üçün nəhəng hərbi zavod tikir..?

Peyk görüntüləri böyük miqyaslı tikintini çəkib...

...Kim Çen In Şimali Koreyanın ən böyük silah zavodunun tikintisinə göstəriş vermiş ola bilər.

SİA-nın məlumatına görə, Nyu-Yorkun “Newsweek” jurnalı xəbər verir ki, bunu Amerikanın “Planet Labs” şirkətinin peyk şəkillərinin təhlili sübut edir.

Artıq yeni istehsal sahəsinin yaxınlığında hərbi zavod var, amma yenisi onu tutmalıdır.

Yeni zavodun məhsulları yəqin ki, Şimali Koreya üçün deyil, Rusiya ordusu üçün nəzərdə tutulub.

Fridrix Nauman Fondunun Seuldakı Koreya ofisinin rəhbəri Frederik Spor Bild-ə belə izah edir ki, “...Rusiyaya silah ixracı Şimali Koreyalılar üçün son dərəcə mühüm gəlir mənbəyinə çevrilib. Ukraynalılar Rusiyanın qanadlı raketlərini buraxdığı bəzi rus uzaqmənzilli bombardmançı təyyarələrini sıradan çıxardığına görə, ola bilsin ki, ruslar yerüstü ballistik raketlərə arxalansınlar – Şimali Koreyalılar isə bu cür raketləri, xüsusən də onların qısa mənzilli ballistik raketlərini tədarük edir.”

Cənubi Koreyanın Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreyanın sursat istehsalı keçən il tam sürətlə gedirdi; Ölkə rus qoşunlarını milyonlarla mərmi və çoxsaylı raketlərlə təmin edirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə