Sakit okeanda iki zəlzələ baş verdi

Cənubi Kuril adaları sahillərində iki zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədəYujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib. "Mayın 30-na keçən gecə Sakit okeanda 4,8 və 4,6 bal gücündə zəlzələlər qeydə alınıb. Yeraltı təkanların episentrləri İturup adasının cənub-şərqində yerləşib", - stansiya rəisi bildirib. Semenova əlavə edib ki, yeraltı təkanların hiss olunması barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə