Zelenski Trampın İstanbul danışıqlarında iştirakını dəstəkləyib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı İstanbuldakı görüşdə görmək istədiyini bildirib.

SİA-nın məlumatına görə, Ukrayna lideri öz Telegram kanalında Türkiyədə keçiriləcək görüş barədə yazıb.

...Ukraynada hamımız istərdik ki, prezident Tramp orada - Türkiyədəki bu görüşdə bizimlə olsun. Bu, düzgün fikirdir,- deyən Zelenski əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üç ölkə lideri arasında görüş təşkil edə bilər.

Mayın 11-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya münaqişənin həlli üçün mayın 15-də İstanbulda yeni birbaşa danışıqlar aparmağı açıq şəkildə təklif edib.

O, Moskvanın dialoqun başlanması üçün ilkin şərtlər irəli sürmədiyini bəyan edib. Həmin gün Vladimir Zelenski Vladimir Putinə cavab verib ki, atəşkəs olsa, Türkiyədəki danışıqlarda şəxsən onu gözləyəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə