Polşa və Çexiya mübahisəli ərazi üzrə danışıqları bərpa edir...

Polşa və Çexiya hakimiyyəti 368 hektarlıq mübahisəli sərhəd sahəsi ilə bağlı ikitərəfli məsləhətləşmələri davam etdirib.

SİA xəbər verir ki, bu barədə Polşa mətbuatı Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavskiyə istinadən məlumat yayıb.

...Biz son dərəcə açıqıq və danışıqlara hazırıq, mümkün həll yollarını tapmağa çalışırıq, - bəyanatda deyilir.

Lipavski qeyd edib ki, artıq bütün mümkün həll variantları nəzərdən keçirilib. Əvvəlki danışıqlarda tərəflər nə dövlət sərhədində dəyişiklik, nə də ölkələrdən birinə maliyyə təzminatı ilə bağlı razılığa gələ bilməyiblər.

Gazeta.Pl qeyd edir ki, Polşa hakimiyyəti də ölkələr arasında münasibətlərdə bu problemin aradan qaldırılmasında maraqlı olduqlarını təsdiqləyib.

Artıq nazirlər səviyyəsində danışıqlar aparılır, lakin indi əlavə ekspert qiymətləndirməsinə ehtiyac var.

Analitiklər qeyd edirlər ki, hətta mübahisəli ərazinin kiçik olması, xüsusən də Avropaya inteqrasiyanın sürətlənməsi fonunda hüquqi və inzibati çətinliklər yaradır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə