Pakistan və Hindistan arasında böyük hava döyüşü baş verib...

Bu döyüş müasir dövrün ən böyük və ən uzun döyüşlərindən biri idi...

Pakistan və Hindistan arasında böyük hava döyüşü baş verib. Bu döyüş müasir dövrün ən böyük və ən uzun döyüşlərindən biri olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Pakistanın təhlükəsizlik mənbəsi CNN-ə bildirib ki, Pakistan və Hindistana məxsus 125 döyüş təyyarəsi hava məkanını tərk etməyib.

Tərəflər qarşılıqlı raket zərbələri endirib və döyüş bir saatdan çox davam edib.

Raket zərbələri bəzən 160 kilometrdən çox məsafədə baş verirdi. Mənbə bildirib ki, bəzən Hindistan Hərbi Hava Qüvvələri hədəflərə çoxsaylı reydlər keçirməli olub.

Nəşrin mənbəyi pakistanlı və hindistanlı döyüşçülər arasında baş verən döyüşü “it döyüşü” adlandırıb.

Pakistan rəsmiləri bildiriblər ki, nəticədə beş Hindistan təyyarəsi vurulub.

Pakistan qeyd edib ki, bu, müasir aviasiya tarixində ən böyük və ən uzun döyüşlərdən biridir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə