Dağıstanın Səhiyyə Nazirliyi Mahaçqalada yol polisi bölməsinə hücumun qurbanlarının sayının artdığını bildirib. SİA-nın məlumatına görə, bu barədə TASS yazır.
İdarənin məlumatına görə, xəsarət alan polislərdən daha biri xəstəxanada dünyasını dəyişib.
Ümumilikdə daha 7 nəfər həkim nəzarətindədir.
...Yeddi nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb.
Bunu Dağıstan Səhiyyə Nazirliyi bildirib.
Xatırladaq ki, Mahaçqalada bir qrup naməlum şəxs avtomobildən polis əməkdaşlarına atəş açıb. Nəticədə 3 polis əməkdaşı yerindəcə ölüb, iki hücumçu isə məhv edilib. Bundan başqa, on yeddi yaşlı qız da yaralanıb.
Bölgədə ələ keçirmə planı elan edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB