Polşa Belarusla sərhədi möhkəmləndirmək üçün əlavə qoşun cəlb edəcək. SİA xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri Tomaş Semonyak "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. O, sərhədə daha 1500 hərbçinin göndəriləcəyini qeyd edib. Nazir tezliklə sərhəd boyu asfalt yolun salınması işlərinə başlanacağını da söyləyib. Semonyak əlavə edib ki, bunun üçün bu il 500 işçi işə götürməyi planlaşdırırlar. Bundan əvvəl nazir Polşanın Rusiya və Belarusla sərhədlərini möhkəmləndirmək üçün Avropa Komissiyasından 50 milyon avrodan çox vəsait alacağını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə