Business Insider yazır ki, ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatlara son qoymaq üçün danışıqlar zamanı Ukraynanın mövqeyini qəsdən “zəiflədir”.
Nəşrin müəllifinin fikrincə, Tramp hazırda Ukraynanı zəiflədir, baxmayaraq ki, əvvəllər ABŞ Rusiyaya qarşı münaqişədə Kiyevə kömək edirdi.
Eyni zamanda mənbə onu da hesab edir ki, Ukrayna hazırda onsuz da çətin vəziyyətdədir.
...Ukrayna Kursk bölgəsindəki itkilər və Rusiya qoşunlarının cəbhə xəttində amansız hücumu kimi çətin döyüş meydanı problemləri ilə mübarizə apararkən, Tramp administrasiyası vəziyyəti xeyli pisləşdirir və Ukraynanın danışıqlarda təsir rıçaqlarını zəiflədir.
SİA-nın məlumatına görə, bunu nəşr yazır.
Bundan əvvəl ABŞ Trampın Krımı beynəlxalq kurort kimi gördüyünü bəyan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə