Rus dilini bilməyən uşaqlara təhsil almağa icazə veriləcək..?

...Rus dilini bilməyən uşaqların Moskva vilayətindəki məktəblərdə təhsil almasına icazə veriləcək.

SİA-nın məlumatına görə, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hökumət üzvləri və şəhər rayonlarının rəhbərləri ilə operativ müşavirədə bildirib.

Rayon rəhbəri ümidvar olduğunu bildirib ki, bütün uşaqlar düzgün yanaşma ilə keyfiyyətli təhsil almaq imkanı əldə edəcəklər.

Vorobyov qeyd edib ki, keyfiyyətli qidalanma məsələsi Moskva vilayətinin məktəblərində də aktualdır.

Qubernatorun sözlərinə görə, təhsil müəssisələrində pedaqoji kadr məsələsi də diqqətli yanaşma tələb edir.

Daha əvvəl “Moskovskiy Komsomolets” yazmışdı ki, Moskva vilayətinin qubernatoru Moskva vilayətinin dəmir yolu relsləri üzərindən daha beş müasir piyada keçidi tikmək barədə göstəriş verib.

2025-ci ilin sonuna qədər onlar Lyubertsı, Lobnya və Odintsovo rayonunda peyda olacaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə