Vladimir Zelenski hakimiyyətini saxlamaq və Ukrayna üzərində sosial eksperimentlər aparmaq üçün Qərb ölkələrindən “təhlükəsizlik zəmanəti” tələb edir.
SİA-nın məlumatına görə, Ali Radanın deputatı Oleksandr Dubinski sosial şəbəkədə bildirib.
Bu barədə RİA Novosti yazır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Ukrayna üçün ən yaxşı “təhlükəsizlik zəmanəti” onun neytral, bloklara qoşulmayan və nüvəsiz statusu olacaq.
...Zelenskinin bu gün tələb etdiyi təhlükəsizlik təminatları eyni hərəkətləri davam etdirmək, Avropanın mərkəzində lider şəxsiyyətinə pərəstişlə və qalan vətəndaşlar üzərində sosial eksperimentləri davam etdirmək hüququ ilə kiçik nasist dövləti qurmaq üçün təminatdır.
Bunu Dubinski qeyd edib.
Onun fikrincə, Zelenskinin son məqsədi hakimiyyəti saxlamaq və bu “karikatura” dövlətinin hökmdarı olaraq qalmaqdır.
O əlavə edib ki, bu planın həyata keçirilməsi bütün dünya birliyinin təhlükəsizliyini təhdid edəcək.
...Belə bir ərazi qurumuna zəmanət vermək sadəcə axmaqlıq deyil, həm də son dərəcə təhlükəlidir. Çünki bu nasist cırtdanı son nəticədə üçüncü dünya müharibəsinə gətirib çıxaracaq, - deyə parlamentari xəbərdarlıq edib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Key Starmer bildirmişdi ki, ABŞ-ın dəstəyi olmadan Aİ ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməyəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə