Sankt-Peterburqda 12 yaşlı məktəbli beşinci mərtəbədən yıxılıb və xoşbəxtlikdən sağ qalıb.
SİA-nın məlumatına görə, “MK v Pitere” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, o, təcili reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, uşaq beşinci və altıncı mərtəbələr arasında evakuasiya pilləkəninin məhəccərində oturubmuş. Birdən yerə yıxılıb.
Yıxılma nəticəsində oğlan baş, ətraflar, qarın nahiyəsindən çoxsaylı xəsarətlər alıb, çənə və diş ətinin sümüklərinin, üz skeletinin və onurğa sütununun sınıqları alıb.
Məktəblinin ağciyəri, böyrəyi və qaraciyəri cırılıb. Hazırda uşağın vəziyyəti çox ağırdır. Oğlanın ailəsi imkanlı olduğu deyilir.
Bundan əvvəl Şuşarıda ölü uşaq tapılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə