Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2025) çərçivəsində Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Finlandiya, Rumıniya və Avstriyanın xarici işlər nazirləri ilə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Hakan Fidanın İngiltərə xarici işlər naziri Devid Lammi ilə görüşündə Suriyadakı vəziyyət və Qəzzada baş verən hadisələr qiymətləndirilib. Nazir Suriyanın siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, yeni administrasiyanın dəstəklənməsinin vacibliyini qeyd edib. O, həmçinin, Qəzzada atəşkəsin davamlı olmasının bölgədə sülhün bərqərar olması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə Ukrayna-Rusiya müharibəsi ilə bağlı məsələlər də müzakirə edilib.
Hakan Fidan Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə də görüşüb. Bu görüşdə Rusiya-Ukrayna müharibəsi və Suriyadakı təhlükəsizlik vəziyyəti qiymətləndirilib, transatlantik münasibətlərdəki son vəziyyət müzakirə olunub.
Hakan Fidanın amerikalı həmkarı Marko Rubio ilə baş tutan ilk görüşündə Suriyadakı vəziyyət, Qəzzadakı hadisələr və Ukrayna-Rusiya müharibəsi müzakirə edilib. Hakan Fidan Türkiyənin DEAŞ terror təşkilatı ilə mübarizədə bölgə ölkələrinin atacağı addımlarla bağlı fikirlərini qarşı tərəfə çatdırıb. O, həmçinin, Qəzzada daimi atəşkəsin vacibliyini və İsrail-Fələstin probleminin həllinin regional sülhə nail olmaq üçün əhəmiyyətini vurğulayıb. Görüşdə, Ukrayna və Rusiya arasında sülhün bərqərar olması üçün mümkün proseslər də müzakirə edilib.
H.Fidanın Fransa xarici işlər naziri Jan-Noel Barrot ilə görüşündə isə Suriyadakı vəziyyət və Türkiyə-Aİ əlaqələri müzakirə edilib. Nazir Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün birgə səylərin göstərilməli olduğunu, Türkiyənin PKK və DEAŞ kimi terror təşkilatlarına qarşı mübarizə aparmağa davam edəcəyini bildirib. Görüşdə Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar edilməsi səyləri də müzakirə olunub.
Hakan Fidan Finlandiyanın xarici işlər naziri Valtonen ilə də görüşüb. Bu görüşdə Avropanın təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsinə son qoymaq planları müzakirə edilib. Görüşdə, Suriyadakı vəziyyət də gündəmə gəlib.
Hakan Fidan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu ilə ayrı-ayrılıqda görüşüb. Şallenberqlə ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Hurezeanu ilə görüşdə isə Qara dənizin təhlükəsizliyi başda olmaqla regional məsələlər qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Yevlaxda orta məktəbdə tüstülənmə olub
Hadisə 22:02Toyota idman avtomobillərinə yeni bir həyat verir…
Texnologiya 21:52"Sabah" "Barselona"ya uduzur: 0:3 - YENİLƏNİR
İdman 21:51GTA elm adamlarına Los-Ancelesin gələcəyini öyrənməyə kömək etdi
Texnologiya 21:26Filosof ölümsüzlük mifini dağıtdı...
Sosial 21:07"Sabah" - "Barselona": Heyətlər
İdman 21:00Rəqəmlər təsiredicidir...
Rəy 20:49Belarus BMT-nin borc siyahısına əlavə edilib...
Dünya 20:27FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirəcək
Sosial 20:18Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Sosial 19:33Xalq artisti Elmira Şabanova vəfat edib
Mədəniyyət 19:14Merkelin əri real həyatı haqqında danışıb…
Dünya 18:51Ərdoğan Xəlifə Həftərlə görüşüb
Dünya 18:35"OPEC+" formatının iştirakçıları bazar günü iclas keçirəcək...
İqtisadiyyat 17:48İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib
Siyasət 15:52Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb
Siyasət 13:4925 Noyabr – Kəlbəcər Şəhəri Günü - DEPUTAT
Siyasət 13:36Conson: Putin sonunun yaxınlaşdığını bilir
Dünya 13:15Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq
Hadisə 12:52AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb
İqtisadiyyat 12:49“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
İqtisadiyyat 12:46Vaşinqtonun Türkmənistan qazına yolu - RAKURS
Siyasət 12:23Konqres Putinin G20 sammitində iştirakına qarşı çıxdı
Siyasət 12:21İran yenə şərt qoydu
Dünya 12:19Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
İqtisadiyyat 11:59Məhkəmə olayı və siyasi texnologiyalar
Sosial 11:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8607
+0,32%
-
GBP
2,2252
+0,39%
-
RUB
2,0719
-0,13%



