Müğənni Natalia Nemelyainen-in meyiti Krımda bağçılıq dərnəyinin birində tapılıb.
SİA xəbər verir ki, məlumatlı mənbə RG-yə bildirib.
Sənətçi Fiolentovskoye şossesində yerləşən “Musson” daça kooperativində qonşusu tərəfindən öldürülüb.
Şübhəli şəxs 45 yaşlı müğənniyə məişət münaqişəsi zəminində hücum edib.
Qeyri-adekvat şəxs qadının başına kərpiclə bir neçə zərbə endirib; Hadisəni törədən şəxs Rusiya Milli Qvardiyasının əsgərləri tərəfindən saxlanılaraq nəzarətə götürülüb.
…Sobçak Sankt-Peterburqdan olan müğənninin sevgilisi tərəfindən öldürülməsindən danışıb.
Natalya Nemelyainenlə vida mərasimi fevralın 19-da baş tutacaq. O, caz və blyuz kompozisiyalarını ifa edən NEMA layihəsinin aparıcı müğənnisi kimi tanınırdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə