Tacikistana Rusiyadan gələn turistlərin sayı artıb.
SİA xəbər verir ki, bu barədə mətbuat konfransında respublika hökuməti yanında Turizmin İnkişafı Komitəsinin rəhbəri Cəmşəd Cumaxonzoda məlumat verib.
Deyilənə görə, Tacikistana 334,5 min rusiyalı səfər edib. Cumaxonzoda bildirib ki, respublika rəhbərliyi Rusiyadan səyahətçilərin cəlb edilməsinə böyük əhəmiyyət verir.
Amma o vurğulayıb ki, ölkədə turistlərin attraksionlar haqqında məlumatlandırılması problemi həll olunmayıb.
Yeri gəlmişkən, dekabr ayında Tacikistan səyahətçilər üçün “Turist Map Tajikistan” tətbiqini işə salıb.
Burada otellər, restoranlar və ölkə üzrə marşrutlar haqqında məlumatlar var.
Xidmət hətta İnternet olmadan da işləyir. Tətbiqin məqsədi: turistləri Tacikistanın mədəni və təbii yerləri ilə tanış etməkdir.
Bundan əvvəl Tacikistanın Rusiyadan turist axınını 14 faiz artırmaq niyyətində olduğu bildirilirdi.
Yeri gəlmişkən, Tacikistan 2024-cü ildə ruslar arasında ən populyar 5 turizm istiqamətinə daxil olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə