Finlandiyada dörd Avropa deputatı Avropanı Rusiya ilə dialoq qurmağa çağırıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bubarədə fevralın 6-dan 11-dək keçirilən sorğunun nəticələrinə istinadən Yle məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa Parlamentinin bəzi fin üzvləri Avropa İttifaqının Rusiya prezidenti Vladimir Putinlə dialoqa başlamasını istəryiblər.
Onların arasında Sol Alyansdan olan iki deputat Merja Kyllönen və Jussi Saramo, Koalisiya Partiyasından deputat Sirpa Pietakainen və Sosial Demokrat Partiyasından deputat Eero Heynaluoma da var.
Daha əvvəl bildirilmişdi ki, Finlandiyada rus əsgərlərinin ölümünə çağıran siyasətçi Jussi Halla-aho 2025-ci ildə yenidən parlamentin spikeri olacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə