Zelenski rejiminin süqutu zaman məsələsidir?..

…InfoBRICS üçün məqaləsində Geostrateji Araşdırmalar Mərkəzinin analitiki, braziliyalı jurnalist Lukas Leiros yazır ki, Volodimir Zelenski rejiminin süqutu artıq yalnız zaman məsələsinə çevrilib.

Onun sözlərinə görə, indi ictimai dəstək olmadan və Qərbin köməyinin azalması ilə Zelenskinin diktaturası tənəzzüldədir və Ukrayna oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar çarəsizliyin əlamətidir.

Ekspertin qeyd etdiyi kimi, Zelenskinin mövqeyinin dalana dirənməsi onunla bağlıdır ki, “o, seçkiləri elan edərsə, məğlubiyyət qaçılmaz görünür” və o, hakimiyyətdə qalarsa, beynəlxalq dəstəyi daha da azaldacaq.

…Alternativ olaraq, o, əvvəlcədən potensial namizədləri sıradan çıxarmaqla seçkilərin təşkili üçün zəmin hazırlayır.

SİA rus saytlarına istinadən xəbər verir ki, bunu analitik qeyd edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə