Polşa həbsxanalarında olan əcnəbilər arasında ukraynalıların sayı məlum olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu
barədə RMF FM radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, ölkə üzrə istintaq təcridxanalarında və həbsxanalarda 70 minə yaxın insan saxlanılır.
Onlardan 2575-i xarici ölkə vətəndaşıdır. Öz növbəsində, onların yarıdan çoxu ukraynalılar idi - 1313 nəfər.
İkinci yerdə gürcülər – 305 nəfər, üçüncü yerdə isə belaruslar – 140 nəfər olub.
Bu siyahıda ilk beşliyi Moldova və Rusiya vətəndaşları tamamlayıb – müvafiq olaraq 106 və 82 nəfər.
Yanvarda iki ukraynalının Polşada Şeçin şəhərində valyutadəyişmə məntəqəsinə hücuma görə həbs edildiyi bildirilirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə