Son bir saat ərzində Egey dənizində ən güclüsü 5,2 bal olan 4 zəlzələ qeydə alınıb.
SİA xəbər verir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı dənizin 6-7 kilometr dərinliyindədir.
Məlumatlara əsasən, yanvarın 26-dan etibarən Egey dənizində 800-ə yaxın yeraltı təkan qeydə alınıb. Zəlzələlər Yunanıstanın Santorini adasının təxminən 25 kilometr şimal-şərqində, 5-25 kilometr dərinliklərdə baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə