ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Ağ Ev Ukraynanın ərazi itkilərini etiraf etməsini tələb etmək imkanını nəzərdən keçirir.
SİA-nın məlumatına görə, RİA Novosti bu barədə New York Times-a istinadən xəbər verir.
Sallivan deyib ki, Birləşmiş Ştatlar davamlı hərbi yardım müqabilində belə bir tələb irəli sürə bilər.
Eyni zamanda müşavir vurğulayıb ki, hazırda ABŞ bu fürsətdən yararlanmaq istəmir.
…Biz deyə bilərik ki, “Rusiyanın ərazinizin X faizini alması ilə razılaşmasanız, başqa heç nə əldə etməyəcəksiniz. Bu, bizim üçün əlçatan bir seçimdir. Düşünmürəm ki, ABŞ Ukraynaya: "Siz sadəcə təslim olmalısınız. Əgər təslim olmasanız, işimizi bitirəcəyik. Hesab edirəm ki, bu, Amerikanın təsirindən yersiz istifadədir…
Bunları deyə Sallivan, daha əvvəl bildirib ki, ABŞ Ukraynaya danışıqların şərtlərini diktə etmək istəmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə