...Rusiyanın “Qazprom” şirkəti Avropa İttifaqında iş şəraitinin pisləşməsi ilə əlaqədar olaraq fəal şəkildə Türkiyəyə istiqamətlənir.
SİA xəbər verir ki, Rusiyanın “The Moscow Times” nəşrinin mənbələrinə görə, şirkət işçilərini ailələri də daxil olmaqla AB-dən çıxarıb və onları yeni bazarda işə hazırlamaq üçün türk dili kursları təşkil edib.
“Şimal axını” və “Türk axını” qaz kəmərlərinə xidmət göstərən işçilər sanksiyalar səbəbindən şirkətin fəaliyyətinə mane olan Avropanı tərk ediblər.
İşçilərin bir hissəsi artıq Türkiyəyə köçüb və orada “Qazprom” yeni qaz qovşağı yaratmağı planlaşdırır. İlin sonunda işçilər İstanbulda ev axtarır, ailələrini köçürdülər.
..Sanksiyalara görə “Qazprom” aktivləri milliləşdirilən Almaniya (Securing Energy for Europe GmbH) və Böyük Britaniyada (Gazprom Marketing & Trading) bir sıra şirkətlərini itirib.
Monopoliya Hollandiyada iki şirkəti də ləğv etdi: Gazprom Sakhalin Holdings B.V. və Gazprom Finance B.V.
Bu strukturlar vergitutmanın optimallaşdırılması üçün istifadə olunurdu, lakin Rusiya ilə Hollandiya arasında ikiqat vergitutma müqaviləsi ləğv edildikdən sonra onların maliyyə üstünlükləri yoxa çıxdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə