Polşa Ukraynaya buna görə hərbi personal göndərmir..?

...Polşa qoşunlarının Ukrayna ərazisinə göndərilməsi yanlış addım olardı, çünki Rusiya bunu Polşanın Qərbi Ukraynanı ələ keçirmək cəhdi kimi şərh edə bilər.

SİA-nın məlumatına görə, bu fikri Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yasek Severa X sosial şəbəkədə bildirib.

O qeyd edib ki, Polşa hərbi komandanlığı “ekspedisiya” əməliyyatlarının mümkünlüyünü istisna etməklə Mərkəzi Avropada “birinci müdafiə xətti” yaratmağa diqqət yetirməlidir.

“Polskie Radio”ya müsahibəsində Severa əlavə edib ki, Qərb ölkələri Ukraynaya qoşun yeritməyə daha yaxşı hazırdır və belə bir qərar beynəlxalq mandata əsaslanmalıdır.

...Polşa Respublikasının təhlükəsizliyi üçün burada bütün mümkün qüvvələri saxlamaq vacibdir. Əgər biz Ukraynada, bufer və ya silahsızlaşdırılmış zonada hər hansı formada beynəlxalq qüvvələrin olması barədə düşünürüksə, deməli, onların beynəlxalq səlahiyyətləri olmalıdır. Bu, ya BMT mandatı, ya da Avropa mandatı olmalıdır.

Severa həmçinin qeyd edib ki, Ukraynadakı münaqişə ilə bağlı məsləhətləşmələr prosesi aktivdir, lakin onu tez bir zamanda başa çatdırmaq istəyi yoxdur.

Yeri gəlmişkən, Polşada da qonşu Ukraynada baş verən partlayışlara görə vaxtaşırı həyəcan siqnalları verilir.

Rusiya Müdafiə Nazirliyi isə vurğulayır ki, zərbələr yalnız Ukraynadakı hərbi və enerji obyektlərinə endirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə