ABŞ İsraili mümkün əks-hücumdan qoruyacaq - Netanyahu

İsrailin baş naziri Qüdsdə keçirilən Nazirlər Şurasının iclasında İranla bağlı danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu Hizbullah hərbi komandiri Fuad Şükri və Həmas lideri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə gərginliyin artdığını deyib.

Eyni zamanda o qeyd edib ki, İran və müttəfiqləri bizi yeddi cəbhədə terrorla mühasirəyə almağa çalışırlar: "İran çoxcəbhəli müharibə aparmaq istəyindədir. Ölkəmizə zərər verən hər kəs cavab verəcək".

Birləşmiş Ştatlar (ABŞ) İsraili mümkün əks-hücumdan qorumağa və daha da dağıdıcı regional münaqişənin qarşısını almağa hazırlaşır.

Həmas lideri Haniyə çərşənbə günü İranın paytaxtı Tehranda, çərşənbə axşamı isə Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək səviyyəli komandirlərindən biri olan Şükürə sui-qəsd nəticəsində öldürülüb. Ardıcıl sui-qəsdlərdən sonra Yaxın Şərqdə gərginlik daha da artdı.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə