Çilidəki meşə yanğını can almağa davam edir

Cənubi Amerika ölkəsi Çiliyə təsir edən istilərin səbəb olduğu meşə yanğınları davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində, xüsusilə Nubl və Biobio bölgələrində alovla mübarizə davam edərkən, can itkiləri artır.

Yerli hakimiyyət orqanlarının verdiyi açıqlamaya görə, paytaxt Santyaqodan 500 kilometr cənubda yerləşən Biobioda Santa Juana qəsəbəsində biri yanğınsöndürən olmaqla cəmi 11 nəfər həyatını itirib.

Çilinin Kənd Təsərrüfatı Naziri Esteban Valenzuela yanğınsöndürmə vertolyotunun qəzaya uğradığını, Boliviyalı pilot və Çili vətəndaşı olan işçinin öldüyünü bildirib. Daxili işlər naziri Karolina Toha da ölkə daxilində 39 yanğının baş verdiyini və yüzlərlə evin zərər gördüyünü bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə