Ruslar Türkiyəyə səfərdən çəkindirilir...

…Martın 20-də Antalyada başlayan etiraz dalğası ilə əlaqədar polis 250 nəfəri saxlayıb, 6 nəfər nəzarətə götürülüb.

SİA-nın məlumatına görə, rusiyalılara xəbərdarlıq edilib ki, Türkiyəyə səfər problemlə nəticələnə bilər.

Antalyada başlayan etiraz dalğası ilə əlaqədar ruslara yaxın gələcəkdə Türkiyəyə səfər planlaşdırmağa dəyər olub-olmadığını düşünmək tövsiyə olunur.

Məlumdur ki, polis artıq aksiyaya çıxan 250 nəfəri saxlayıb. 6 nəfər nəzarətə götürülüb.

Buna görə də Rusiya konsulluğu mart-aprel aylarında İstanbula səfər etməyi planlaşdıranlara səfərlərini ləğv etməyi tövsiyə edir.

Antalyaya və ya yaxınlıqdakı kurort zonalarına artıq yay turları almış və ya almaq niyyətində olan turistlərə gəldikdən sonra otelin ərazisində qalmaları tövsiyə olunur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə