"Bu gün çox əlamətdar və xoş gündür". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bu gün Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin- "AITF 2023" adlı sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.
Qurum rəsmisi qeyd edib ki, pandemiya dövrümdə turizm sahəsi çox zərər görüb: "Bir müddət fasilədən sonra turizm sahəsi öz addımlarını atmağa başlayıb. Çox şadam ki, bu gün burada bir çox ölkələrdən öz həmkarlarımızı görürük. Həqiqətən də bu cür tədbirlər turizmizin inkişafına böyük töhfə verir. Burada bir sıra panel görüşləri keçiriləcək. Hamıya uğurlar arzulayıram".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB