“Kiberhücumlardan qorunmaq ən aktual mövzulardan biridir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ölkəmizdə təşkil olunan “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri hazırda dünyada təhdid kimi xarakterizə olunan kibertəhlükəsizlik baxımından olduqca önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, kiberhücumlardan qorunmaq hazırda ən aktual mövzulardan biridir: “Yeni çağırışlar dövründə bu sahədəki təhdidlərin idarə olunması, proqnozların düzgün verilməsi və kiberhücumlardan bir dövlətin qorunması olduqca aktualdır.

Baş tutan tədbir çərçivəsində gənclər arasında yarışın keçirilməsinin də mühüm əhəmiyyəti var. Belə ki, gənclər yeniliklərə açıqdırlar və bu yarışlar sayəsində bu sahəyə olan maraqları artır. Bu isə onların gələcəkdə mütəxəssis kimi yetişməsində müsbət rol oynayır. Eyni zamanda tədbirdə yerli və xarici ekspertlərin də iştirakı konfransa öz töhfəsini verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə