“Kibertəhlükəsizliyin aktuallığı gündən-günə artır”

“Bizdə əsas istiqamət kibertəhdidlərin ölkə səviyyəsində araşdırılması, araşdırma nəticəsi olaraq vətəndaşların və özəl sektorun maarifləndirilməsi, fərdi məlumatların təhlükəsizliyidir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov deyib.

Samir Rəsulov sözlərinə belə davam edib: “Hal-hazırda hər bir istiqamətdə ciddi araşdırmalar aparılır. Ümumiyyətlə isə kibertəhlükəsizliyin aktuallığı günü-gündən artır. Bu zaman bizim araşdırmalarımız daha da dərinləşir, həm də yeni təhlükələrlə rastlaşırıq. Yeni təhlükələrə də yeni yanaşmalar tətbiq olunmalıdır. Hər bir istiqamətdə biz yeni yanaşmaları tətbiq edirik. Əlavə olaraq qanunvericilikdə də müəyyən dəyişikliklərin qəbul olunması planlaşdırılır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə