“Dünya bazarında kibertehlükəsizlik sahəsində yeni sistemlər istifadəyə verilir” - SAMİR RƏSULOV

“Biz ölkə səviyyəsində kibertəhdidlərin araşdırılmasını aparır və fərdi məlumatların mühafizəsini həyata keçiririk. Hazırda isə yeni yanaşmalar tətbiq edilir”. SİA xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov "Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda dünya bazarında kibertehlükəsizlik sahəsində yeni sistemlər istifadəyə verilir: "Lakin bu istiqamətdə həllərin ömrü qısadır. Bu həllər bir neçə dəfədən sonra təhlükəsizliyi təmin edə bilmir. Ona görə bizim də istiqamətlərimiz dəyişməlidir. Süni intellektdən istifadə edilir, hamı başa düşür ki öz sistemlərinin hamısını qoruya bilməz. Əsas məqam kibertəhdidləri vaxtında müəyyən edərək qabaqlayıcı tədbir görməkdir. ETX artıq bu istiqamətdə mərkəz qurub və tədqiqat aparır.

Maarifləndirmə məsələsində də beynəlxalq praktikaya istinad edirik. Kifayət qədər statistik məlumat və bazamız var. Artıq bilirik ki hansı kiberhucum və kibertəhdid hallarında hansı vətəndaşlara hansı formada müdafiə tətbiq edilməlidir. Çünki kibertəhdiddlər fərqlidir. Bizneslər də elədir. Amma daha çox bu istiqamətdə hücumlar nəticəsində məlumatlar oğurlanır. Biznesin iştirakı çox önəmlidir. Biznes öz növbəsində vətəndaşları məlumatlandırmalıdır, baş verən insidentləri gizlətməməlidir. Mən başa düşürəm ki burada riputasiya məsələsi də var. Amma biznes açıq şəkildə məlumat verdikdə ona inam artır. Dövlətlə biznes arasında heç bir əlaqəyə mənfi təsir etmir. Hər zaman kibermüdafiə istiqamətində nələrsə çatmayacaq. Çünki bu sahə sürətlə dəyişir, inkişaf edir. Ona görə də bu bazar üçün ciddi kadr potensialı artırılmalıdır. İnanıram ki yaxın gələcəkdə bu istiqamətdə müsbət nəticələr əldə ediləcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə