Moldova rus telekanallarının nternet səhifələrinə girişi bağlayıb

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti Rusiyanın 22 telekanalının ölkədəki internet səhifələrinə girişi bağlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Moldovanın kəşfiyyat xidməti məlumat yayıb.

Bloklananlar arasında “Rossiya 1”, “Rossiya 24”, “Birinci Kanal”, NTV, TVC, “Zvezda”, RT və s. var.

Bu günlərdə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, Rusiya siyasi strateqləri ölkəni beynəlxalq aləmdə nüfuzdan salmağa və daxili siyasi ixtilafı qızışdırmağa yönəlmiş yeni dezinformasiya kampaniyası hazırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə