Sentyabrın 27-dən oktyabrın 1-dək Türkiyənin İzmir şəhərində TEKNOFEST keçiriləcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalına ciddi hazırlıq işləri görülür.

Beş gün davam edəcək TEKNOFEST-i bir milyondan çox insanın ziyarət edəcəyi gözlənilir.

Texnologiya yarışmaları, hava şouları, mükafatlandırma mərasimləri, elmi şoular, maarifləndirici seminarlar, sərgilər, səhnə oyunları, uşaqlar üçün xüsusi uçuş təcrübələri ziyarətçilərə macəra yaşadacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə